SMARTSCORİNG komandası olaraq biz, hər bir idman yarışması çərçivəsində məlumatların idarə edilməsinin və qiymətləndirilmə proseslərinin necə vacib olduğunu çox yaxşı anlayırıq. Yarışma zamanı bir neçə dəqiqə və ya saatın arxasında illərin zəhməti, qətiyyəti və idmançının seçdiyi idman növünə sadiqliyi durur. Məhz bu səbəbdən bizim işimiz - hətta ən xırda bir səhvi aradan qaldırmaqdan, ən dəqiq qiymətləndirmə həllərini və texnologiyanın son sözü olan avadanlıqları müştərilərimizə təklif etməkdən ibarətdir. SMARTSCORİNG Yarış Dəstəyi Sistemləri hərtərəfli, effektiv və səmərəli həlləri təklif edərək, hətta ən tələbkar istəkləri qarşılamağa qadirdir.

Şirkətimizin təməli qoyulan andan biz, effektiv və həmçinin uyğunlaşdırıla bilən, geniş çeşiddə idman yarışlarına dəstək göstərən sistem həllərinə inanmışıq. Müştərilərimizə qüsursuz, operativ həllərin təklif edilməsi hər zaman şirkətimizin əsas missiyası olubdur və bu gün biz qürurla keçmişə baxıb əldə etdiklərimizi, qələbələrimizi dəyərləndirə və gələcəyə, daha böyük qələbələrə inamla baxa bilərik. SMARTSCORİNG komandası olaraq inanırıq ki, çətinliklə bizə yeniliklər kəşf etməyə, öyrənməyə və əldə etdiklərimizi uğurla həyata keçirməyə imkan verir. Bunların hamısını nəzərə alaraq inanırıq ki, təklif etdiyimiz xidmətlər və həllər, texnologiya bazarında ən keyfiyyətlilər sırasındadır.

Müştərilərimizin razı qalmasına hər zaman xüsusi diqqət yetirən komandamız, gözləntilərin doğrulmasına və hər bir yarışmaya ayrıca yanaşmanın tətbiq edilməsinə inanır. Məhz bu səbəbdən işimiz ilkin olaraq idarə ediləcək tədbirlə yaxından tanış olmaqla, müştəri gözləntilərinin öyrənilməsi ilə və eyni zamanda tərəfimizdən verilən təklif və tövsiyələrlə başlayır. Beləliklə əmin oluruq ki, hər bir təfərrüat nəzərə alınıb, yarışmanın hər bir müştəri qrupu tələb olunan məlumatlarla təmin edilib və yarışma nəzərdə tutulduğu kimi həyata keçirilir.

Mürəkkəb idman yarışlarının idarə edilməsi ilə yanaşı, əhəmiyyətli məlumatların qeydə alınması və saxlanılması mühüm bir vəzifədir. Qeydiyyat və akkreditasiya çox iri və zamana tələbkar əməliyyatlardı. Bunlara həmçinin daima yenilənən məlumatları əldə etməyə çalışan media nümayəndələrini də əlavə etsək, idarə sisteminin vacibliyini və zəruriliyini aydın şəkildə görmüş oluruq. SMARTSCORİNG göstərilən bu vəzifələrin öhdəsindən gələrək, daima gözləntiləri üstələyir, müştərilərinə ən dəqiq və sınanmış xidmətləri təklif edir.