Aerobika Gimnastikası üzrə 10 – cu Avropa Çempionatı

25 Sentyabr 2017

Sentyabr ayının 22-dən, 24-nə qədər İtaliyanın Ankona şəhərində keçirilən Aerobika Gimnastikası üzrə Avropa Çempionatı qitə gimnastları, eləcə də bu idman növünün həvəskarları üçün əsl idman bayramına çevrildi.

Bir çox Avropa atletlərinin qatıldığı bu tədbir, eyni zamanda SmartScoring şirkətinin növbəti bir uğuru oldu. Artıq mütəmadi olaraq beynəlxalq tədbirlərə xidmətlər göstərən şirkət, göstərilən tədbir çərçivəsində bir sıra əməliyyatlar həyata keçirirdi. Halların hesablanması və hakimlər üçün video nəzarət xidmətləri SmartScoring şirkətinin təqdim etdiyi standart xidmətlər sırasına daxildir. Eyni zamanda tədbir çərçivəsində peşəkar televiziya qrafikası, tədbirin canlı olaraq yayımlanması və hesabların canlı olaraq yenilənməsi xidmətləri də göstərilirdi.

Göstərilən tədbir SmartScoring və UEG (Avropa Gimnastika Birilliyi) arasında olan əməkdaşlığın növbəti uğurlu bir etapı sayıla bilər. Bu sahədə artıq mühüm sahib SmartScoring, özünün gələcəkdə daha böyük, daha məsul tədbirlər üçün hazır hesab edir.