Avropa Gənclər Olimpiya Festivalı

21 İyun 2017

17 İyul, Gyor, Macarıstan.

Tezliklə həyata keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı, Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur və Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tədbiridir. Sayca artıq 15-ci Yay Festivalıdır və təşkilatçılar cari ildə məkan olaraq Macarıstanın gözəl Gyor şəhərini seçiblər. Nəzərinizə çatdırmaq istərdik ki, Avropa Gənclər Olimpiya festivalı hər iki ildən bir keçirilir və tədbirdə iştirak edən idmancılar Avropa Olimpiya Komitəsinin üzvü olan 48 ölkəni təmsil edirlər.

SmartScoring çox böyük məmnuniyyət və fərəhlə özünün Avropa Gənclər Olimpiya festivalı ilə rəsmi əməkdaşlığını elan edir. Beləliklə, SmartScoring bu mötəbər tədbirdə eksklüziv olaraq xalların hesablanması və zaman idarəsi xidmətlərini həyata keçirəcək. Hər zaman oldugu kimi SmartScoring bu cür beynəlxalq tədbirlərə yüksək cavabdehliklə yanaşır.

Tarixən Avropa Gənclər Olimpiya Festivalı, Avropa Oyunları yaranmazdan əvvəl ilk qitədaxili olimpiya yarışları idi. Hazırda bu tədbir 12-18 yaşlı atletlər arasında keçirilir.

Və hər zaman olduğu kimi, Avropa Gənclər Olimpiya Festivalı beynəlxalq bir tədbir olaraq, SmartScoring şirkəti üçün strateji əhəmiyyət daşıyır. Komandamızda hər kəs bu tədbirə böyük ümidlərlə və tam ciddiliklə ilə hazırlaşır.